Mourinyonun Real-a dönüşünə mane olan səbəb


İdman 12 Mar 2019 11:34:00 205 0

Mourinyonun Real-a dönüşünə mane olan səbəb

Joze Mourinyonun İspaniya Real Madrid-inin baş məşqçi vəzifəsinə dönüşünə komandanın lider futbolçuları mane olublar.

Goal.az xəbər verir ki, bu barədə “Kral klubu”nun sabiq prezidenti Ramon Kalderon “Sky Sports”a bildirib. 

Onun sözlərinə görə, Zinəddin Zidanın Madrid təmsilçisinə dönüşü düzgün seçimdir: “Mourinyo çoxlu problem qoyaraq komandadan gedib. O, geri dönməklə, yenilərini əlavə edərdi. Portuqaliyalının dönüşü Real Madrid üçün geriyə atılmış addım olardı. Zidana gəlincə, futbolçular onu sevir. O, həm də azarkeşlərin sevimlisidir və klubla 3 dəfə Çempionlar Liqasını qazanıb”.

Qeyd edək ki, Real Madrid dünən Zinəddin Zidanı baş məşqçi postuna qaytarıb. Joze Mourinyo 2010 - 2013-cü illərdə Real Madrid-ə rəhbərlik edib.