Səməd Qurbanov: "Azərbaycan və "Qazprombank" əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər"


Digərləri 12 Mar 2019 10:56:00 209 0

Səməd Qurbanov: "Azərbaycan və "Qazprombank" əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər"

Azərbaycan və "Qazprombank" əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminarda deyib.

Biznes-seminar Azərbaycan-Rusiya İşgüzar Şurası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın "Qazprombank" SC-nin birgə təşkilatçılığı ilə keçirilir.

S.Qurbanov qeyd edib ki, "Qazprombank"ın Azərbaycanda layihələrin maliyyələşdirilməsində böyük və uğurlu təcrübəsi var.