Sumqayıtda maşınla vurulan piyada öldü


Digərləri 12 Mar 2019 10:57:00 218 0

Sumqayıtda maşınla vurulan piyada öldü

Ötən gecə Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az ONA-ya istinadən xəbər verir ki, şəhərin Babək küçəsində yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Qədiməliyev Seymur Möhtərəm oğlunu "Daewoo Nexia" markalı avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.