UNEC-də növbəti yeniliklər


Digərləri 12 Mar 2019 10:47:00 209 0

UNEC-də növbəti yeniliklər

UNEC-in Elmi Şurasında beynəlmiləlləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətin stimullaşdırılması, həmçinin magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Bakı. UNEC-in Elmi Şurasında beynəlmiləlləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətin stimullaşdırılması, həmçinin magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrin sayının artırılması məqsədi ilə UNEC-in xaricdə yaşayan seçilmiş məzunlarına “UNEC BrandAmbassador” statusu veriləcək. Əcnəbi tələbələrin UNEC-də payının artırılması və onların stimullaşdırılması istiqamətində növbəti addım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlərin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə “Əlaçı”, “Həvəsləndirici” və “Adi” təqaüdlər veriləcək.