Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü


Digərləri 12 Mar 2019 10:40:00 224 0

Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

Cəlilabadda 10 yaşlı uşağa iynə vurulandan sonra vəziyyəti ağırlaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mart ayının 6-da rayonun Qarazəncir kəndində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Elnar Mustafayev mərkəzi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Meyitə baxış zamanı sağ və sol sağrı nahiyəsində nöqtə şəkilli ətrafları qansızmalı ineksiya yerlərindən başqa xəsarət aşkar olunmayıb.

Məlum olub ki, anası Əfsanə Cəfərova xəstə övladını müalicə etdirmək üçün əczaçılıq məktəbini bitirmiş, hazırda rəsmi olaraq işləməyən kənd sakini Sevda Xəlilovanın evinə aparıb. Əczaçı Elnarı müayinə edərək boğaz nahiyəsinə pambıqla "liqol" dərmanı sürtüb, seftriaksion" iynəsi ilə prob qoyub. Daha sonra xəstənin halı pisləşdiyi üçün 0,5 qram "deksametazon" iynəsi vurub. Huşsuz vəziyyətə düşən uşaq rayon mərkəzi xəstəxanasına aparılan zaman ölüb. 

Cəlilabad Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb.