Məşhur sabiq rusiyalı gimnast Bakıda keçiriləcək dünya çempionatının səfiri seçildi


Digərləri 12 Mar 2019 09:49:00 213 0

Məşhur sabiq rusiyalı gimnast Bakıda keçiriləcək dünya çempionatının səfiri seçildi

Məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina bu ilin 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri elan olunub.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Y.Batırşinanın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.

Çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta) dünya çempionatının təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.

Gimnast karyerasını bitirdikdən sonra Y.Batırşina 2000-ci ildən etibarən Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olub. Y.Batırşina Rusiyanın 1-ci Kanalında gənclər üçün populyar "До 16 и старше" proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il idman xəbərlərini aparmaq üçün "Столица" kanalına keçir. Burada "Спорт" telekanalının əməkdaşları tərəfindən diqqət çəkir və həmin kanalda işləməyə başlayır. Y.Batırşina bu idman kanalında 2012-ci ilə qədər çalışır.