AK və Britaniya İrlandiya sərhədi üzrə sənədi razılaşdırıblar


Dünya 12 Mar 2019 08:53:00 220 0

AK və Britaniya İrlandiya sərhədi üzrə sənədi razılaşdırıblar

Avropa Komissiyasının (AK) rəhbəri Jan-Klod Yunker və Böyük Britaniyanın baş naziri Tereza Mey "Brexit" çərçivəsində İrlandiya sərhədinə dair sənədi razılaşdırıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Jan-Klod Yunker Strasburqda keçirilən T.Mey ilə birgə mətbuat konfransında deyib.

AK-nın rəhbəri bildirib: "Bu gün baş nazir və mən ayrılma üzrə razılaşmaya dair birgə məcburiyyət qoyan hüquqi sənəd barədə razılığa gəldik. Bu sənəd "backstop"un təbiəti haqqında izahlar və hüquqi təminatlar verir... Bu sənəd razılaşmanın təkrar açılmaması ilə ona əlavə edilir".