Chrome brauzerini yeniləyin


Digərləri 12 Mar 2019 08:55:00 244 0

Chrome brauzerini yeniləyin

Google mütəxəssisləri Chrome brauzerinde ciddi sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğu vasitəsilə hackerlər istifadəçilərin konfidensial məlumatlarını əldə edə bilərlər. Google şirkəti istifadəçilərə ilk imkanda Chrome brauzerini yeniləməyi məsləhət görür. Bu barədə Gagadget saytı xəbər verib. Məlum olub ki, Chrome brauzerində sözügedən sistem boşluğu hələ fevral ayının sonunda aşkar edilib.

Son.az technote.az-a istinadən bildirir ki, FileReader paketində olan bu sistem boşluğu müxtəlif saytların brauzerdəki olan məhdudlaşdırıcı sistemləri keçərək cihazın yaddaşındakı məlumatları oxumağa imkan verir. Bundan əlavə olaraq sözügedən sistem boşluğu cihaza zərərli tətbiqləri yaza və eyni administrativ hüquqlara sahib saxta isttifadəçi hesabları yarada bilir. Bu halda hətta istifadəçi Chrome brauzerinin işini dayandırsa da həmin saytlar cihazın yaddaşına daxil olma özəlliyini özlərində saxlayırlar.