ABŞ nüvə silahına ayrılan investisiyanı artırmağı planlaşdırır


Dünya 12 Mar 2019 08:58:00 196 0

ABŞ nüvə silahına ayrılan investisiyanı artırmağı planlaşdırır

ABŞ administrasiyası 2020-ci maliyyə ilində ölkənin nüvə arsenalının müasirləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsinə dair energetika nazirliyi proqramlarına investisiya qoyuluşunun məbləğini artırmağı planlaşdırır.

Son.az ONA.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi günü Ağ Ev tərəfindən Konqresə baxılması üçün göndərilən gələcək maliyyə ilinə dair ABŞ-ın federal büdcə layihəsində qeyd olunur.