Elan Musk Tesladakı CEO vəzifəsindən də kənarlaşdırla bilər


Digərləri 12 Mar 2019 08:59:00 211 0

Elan Musk Tesladakı CEO vəzifəsindən də kənarlaşdırla bilər

Bu yaxınlarda ən çox gözlənilən avtomobil, Model 3-ü istifadəyə verən Tesla satış rekordlarını qıracaq kimi görünür.

Bütün bunlara baxmayaraq ABŞ rəsmi qurumlarını narahat edən Elon Musk Tesla şirkətinin baş icraçı direktoru vəzifəsindən uzaqlaşdırıla bilər.

Son.az chip.az-a istinadən bildirir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ilə Tesla-nın qurucu CEO-su Elon Musk arasında ciddi anlaşılmazlıqlar var. Bu səbəbdən Musk ötən ilki qarışıqlıqdan sonra Tesla-nın sədrliyindən çıxarıldı və yalnız CEO kimi vəzifəsini icra etməyə davam etdi. 2018-ci ilin sentyabr ayında idarə heyətindən çıxarılan Musk eyni dövrdə 20 milyon dollar cərimə ödəməli oldu. Beləki, o Twitter hesabında Tesla-nı özəl şirkətə çevirməyi planlaşdırırdığını bildirmişdi. Bundan sonra şirkətin bazardakı səhm qiymətləri kəskin qalxmışdı. Bunu görən SEC isə şirkətin səhm qiymətlərinin süni şəkildə qaldırması səbəbindən Musk-ı günahlandıraraq onu məhkəməyə vermişdi.

Chip.az bildirir ki, ötən həftə satışa buraxılan Model 3-ün yenidən Tesla səhmlərini qaldırması gözlənir. Bu səbəbdən Musk-ın Model 3 ilə bağlı istehsal izahı böyük əhəmiyyət daşıyır. Lakin, Twitter hesabında istehsal proqnozları ilə bağlı açıqlama verən Musk, SEC ilə sentyabr ayındakı razılığı pozmuş oldu. Çünki, gözlənilən istehsal məbləğinin ictimaiyyətə açıqlanması şirkətə edilən investisiyaların miqdarını birbaşa təsir etdi.