Bakıda qadını avtomobil vurub


Digərləri 12 Mar 2019 08:48:00 196 0

Bakıda qadını avtomobil vurub

Bakının Yasamal rayonunda qadını avtomobil vurub.

Son.az ONA.az-a istinadən xəbər verir ki, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Əhmədova Gülsurə Böyükağa qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində qarşı tərəfə keçərkən onu minik avtomobili vurub. Nəticədə qadın ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.