“Fast food” uşaqlar üçün hansı təhlükələr yaradır?


Digərləri 12 Mar 2019 08:21:00 262 0

“Fast food” uşaqlar üçün hansı təhlükələr yaradır?

Bir çoxları tez və asan şəkildə hazırlandığı üçün "fast food"lara üstünlük verirlər. Xüsusilə şagirdlər və tələbələr dərs arası və dərsdən sonra aclıqlarını tez aradan qaldırmaq üçün "fast food"lar yeməyi sevirlər.

Son.az foodinfo.az-a istinadən bildirir ki, A və C vitamin, minerallar və kalsiumun kifayət qədər olmadığı bu qidalar bir müddət sonra insanlarda müxtəlif problemlərə səbəb olur. Əlbəttə, onların bir çoxu bu barədə məlumatsızdır. Çünki onları düşündürən əsas şey həmin an hiss etdikləri aclığı aradan qaldırmaqdır.

Araşdırmalar sübut edir ki, çox qızardılan, çox yağ istifadə edilən və tərkibində vitamin olmayan ayaqüstü yeməklər xüsusən uşaqlarda sümüklərin inkişafdan qalmasına yol aça bilir. Bu isə öz növbəsində onların boy atmasının qarşısını alır.

Türkiyəli qida mühəndisi Mehmet Dəmirçi bu barədə bildirib ki, qidalanmada vacib olan iki əsas şey keyfiyyətli və balanslı qidalanmaqdır: "Yetərli miqdarda və balanslı şəkildə qidalanaraq vücudun istədiyi vitaminləri vermək lazımdır. Lakin uşaqlar və gənclər daha çox ayaqüsütü yeməklər dediyimiz "fast food"lara üstünlük verirlər. Belə qidalar bədəndə immuniteti zəiflədir, xəstəliklərə qarşı mübarizədə insanı gücsüzləşdirir. Çünki bədən ehtiyacı olduğu vitaminləri "fast food"lardan ala bilmir".