Ultraemal olunmuş qidalar böyük təhlükədir


Digərləri 12 Mar 2019 08:11:00 209 0

Ultraemal olunmuş qidalar böyük təhlükədir

Amerika Tibbi Assosiasiyasına məxsus "Jama İnternal Medicine" jurnalı fransızların ultra-emal olunmuş qidaların sağlamlığa təsiri ilə bağlı tədqiqatının nəticələrini açıqlayıb.

"Le Monde" qəzetinin həmin jurnala istinadən verdiyi məlumata görə, Paris XIII universitetinin, Milli səhiyyə və tibb araşdırmaları institutunun (İNSERM), Milli aqronomik araşdırmalar institutunun (İNRA) və Milli tibbi sığorta fondunun (CNAM) alimlərinin daxil olduğu EREN adlı tədiqatçı qrup 2009-cu ildən başlayaraq 44551 insanın məlumatlarını təhlil edib.

Onların hamısı 45 yaşdan yuxarı olublar (73%-ini qadınlar təşkil edib). Həmin şəxslər onlayn formada sutka ərzində müntəzəm təkrarlanan yeməkləri və içmələri barədə məlumat verməli imişlər.

Məlum olub ki, ultra-emal olunmuş qida ərzaqları həmin adamların istehlakının 14%-ni və ümumi kalorilərinin 29%-ni təşkil edib. 7 ildən sonra 609 şəxs ölüb. Onlardan 219-u xərçəngdən dünyasını dəyişib.

Son.az musavat.com-a istinadən bildirir ki, daha sonra bu məlumatlar bir daha yenidən təhlil olunub. Nəticə: ultraprosesləşdirilmiş ərzaqların qida rasionundakı payının 10% artması nəticəsində ölüm halları 14% artıb.

"Artıq ultra-emal olunmuş qidalarla sağlamlıq üçün doğan risklər arasında əlaqələr daha çox aşkarlanır,"-deyə EREN direktoru, tibb elmləri doktoru Matilda Tuvye "Le Monde"a söyləyib.