Ötən ay 1952 Çağrı Mərkəzinə 1200dək müraciət edilib


Digərləri 12 Mar 2019 08:13:00 214 0

Ötən ay 1952 Çağrı Mərkəzinə 1200dək müraciət edilib

2019-cu ilin fevral ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 955-i canlı rejimdə birbaşa, 238-i isə səsli menyu vasitəsilə olmaqla 1200-dək müraciət daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.