Bu yağın faydalarını saymaqla bitmir


Digərləri 11 Mar 2019 23:54:00 237 0

Bu yağın faydalarını saymaqla bitmir

Hind qozu yağı daha çox tropik bölgələrdə yetişən qalın qabıqlı və yeyilə bilən hind qozu meyvələrindən əldə edilir. Bu yağ sağlamlıq üçün bir sıra faydalara malikdir.

Son.az medicina.az-a istinadən hind qozu yağının faydalarını təqdim edir: 

1) Makyajı təmizləmək 

Hind qozu yağı dəriyə zərər verən kimyəvi maddələri təmizləmək üçün yaxşı seçimdir. Həm dərinin görünüşünü hə də sağlamlığını qorumaq üçün hind qozu yağından istifadə etmək olar. 

2) Saçlara yaxşı təsir göstərir

Saçlarınızın daha parlaq və canlı görünməsi üçün hind qozu yağını tətbiq etmək olar. Saçlarınızı yumazdan əvvəl yağı saçlarınıza çəkib bir az gözləyin və yuyun.  Bu, saçın təbii nəmliyini özünə qaytararaq daha canlı, sağlam və parlaq olmasını təmin edəcək.