DTX: Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib


Digərləri 11 Mar 2019 23:54:00 214 0

DTX: Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib

Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib

Bakı. Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şəbəsinin yaydığı məlumatda deyilir. Məlumatda deyilir: "2019-cu il mart ayının 11-də saat 14:15-də Azərbaycan Respublikasının hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə üçüş edən Rusiya Federasiyasının “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib.