“Azəriqaz” abonentlərinin sayı artıb


Digərləri 11 Mar 2019 23:40:00 212 0

“Azəriqaz” abonentlərinin sayı artıb

Abonentlərin sayı 2 208 087-ə çatıb.

Bakı. 2019-cu ilin yanvar-fevral ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21 575 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8 858-i Bakı, Abşeron və Sumqayıt, 12 717-i isə regionlar üzrədir. İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olmuşdur.