Ürək, təzyiq, bel ağrısı, yuxusuzluq…


Digərləri 11 Mar 2019 23:22:00 237 0

Ürək, təzyiq, bel ağrısı, yuxusuzluq…

Geniş yayılan fikirlərdən biri budur ki, kalori yandırmaq, arıqlamaq üçün mütləq sürətli yerimək və ya qaçmaq lazımdır. Lakin həkimlər başqa cür düşünür.  

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, asta, adi tempdə yürüyüşlər orqanizm üçün qaçmaqdan daha faydalıdır. 

Sağlam və ideal çəkidə olan bir insanın əsas karbohidrat deposu qanda qlükoza, qaraciyər və əzələlərdə qlikogen formasında saxlanılır. Kökəldikcə bədəndə yığılan yağ 500 min kalorini keçir. Karbohidrat ehtiyatı isə 480 mində stabil olaraq dayanır. 

Qaçmaq qan dövranını artırmaq, həmçinin, ürək-damar xəstləlikləri ehtimalını azaltmaqla yanaşı, orqanizmdə müsbət dəyişikliklərə səbəb olur. Bundan başqa, qaçmağın fizoloji faydaları da çoxdur. Digər tərəfdən, qaçışla məşğul olan adamlar gündəlik fəaliyyətlərində daha az yorğunluq hiss edirlər. 

Qaçış bütün orqanizmə silkələnmə verir, bu, hipertoniyadan, təngnəfəslikdən, zökəmdən qorunmaq üçün ən yaxşı vasitədir. O, həmçinin, qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir.