Yaponiya son 50 ildə ilk sərnişin təyyarəsini bazara çıxarmağa hazırlaşır


Dünya 11 Mar 2019 23:25:00 343 0

Yaponiya son 50 ildə ilk sərnişin təyyarəsini bazara çıxarmağa hazırlaşır

ABŞ-da Yaponiyanın "Mitsubishi Regional Jet" (MRJ) yaxın məsafəli sərnişin təyyarəsinin 2020-ci ilə planlaşdırılan satışı ərəfəsində sınaqlarına başlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sınaqlar Yaponiyanın "Mitsubishi Aircraft" şirkətinin Vaşinqton ştatında yerləşən bazasında keçirilir. Təyyarənin mühərrikinin və digər sistemlərinin müxtəlif rejimlərdə yoxlanılması aparılır. İl ərzində daha iki "MRJ" təyyarəsinin sınaqlar üçün ABŞ-a gətiriləcəyi bildirilir.

Qeyd edilir ki, laynerin sertifikatlaşdırılması prosesinə gələn il yekun vurulacaq. Məhz bundan sonra təyyarənin sifarişçilərə çatdırılmasına başlanacağı gözlənilir.