Nəyə görə qulaqlarımız yanıb qızarır 7 səbəb


Digərləri 11 Mar 2019 23:15:00 194 0

Nəyə görə qulaqlarımız yanıb qızarır  7 səbəb

Qulaq seyvanında istənilən diskomfort onun yanmasına, yəni istiləşib qızarmasına səbəb olur. 

El arasında deyirlər ki, əgər sol qulağın yanırsa  deməli qeybətini edirlər, sağ qulağındırsa xoş sözün danışılır. Bir də qulaqlar həyəcanlananda, yalan danışanda, stess zamanı qızarır. 

Tibb mütəxissisləri isə deyir ki, yanan qulaqların şayiələrə, qeybətə dəxli yoxdur. Qulaq da orqanizmə bağlı bir orqandır və onun yanması, qızarması, qaşınması ciddi xəstəliklərdən xəbər verə bilər.

Son.az medicina.az-a istinadən qulaqların yanıb qızarmasının 7 səbəbini təqdim edir.

1. Beyin zehni işdən yüklənib, çox işləyir

Ağır, uzun zehni iş zamanı beyinə daha çox oksigen, qan lazım olur. Başa qan axını zamanı  da qulaqlarda istilik hiss olunur.

2. Neqativ hisslər

İstənilən stress, qorxu, həyəcan ürəkdə döyünməni artırır. Ürək fövqəladə vəziyyətdə işləməyə başlayır, bu zaman qan sürətlə başa qovulur, ona görə qulaqlar da qızarır.

3. Qorxu

Qorxu zamanı qanda adrenalin yüksəlir, orqanizm buna yüksək təzyiqlə cavab verir, nəticədə dəri səthi qızarır. Qulaqlar da açıqda olduğu üçün dərisi yanırmış kimi qızarır.