"Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğu aşkarlanmayıb


Digərləri 11 Mar 2019 23:19:00 251 0

"Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğu aşkarlanmayıb

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarəyə baxış keçirilib, partlayıcı qurğu aşkarlanmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TASS"a Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mariya Osipova bildirib.

M.Osipova deyib: "Hava limanında olan RF səfirliyinin əməkdaşları bildiriblər ki, təyyarəyə keçirilən baxış demək olar ki, başa çatıb, partlayıcı qurğu aşkar edilməyib".