Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq


Digərləri 11 Mar 2019 22:52:00 217 0

Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq

Dubay universitetlərinin nəzdində tələbələrin işgüzar və yaradıcı fəallığının artırılmasının təşviqi məqsədilə azad iqtisadi və kreativ zonalar yaradılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Maktum bununla əlaqədar strategiya imzalayıb. Strategiyanın məqsədi tələbələrin təhsilinə, araşdırmaların aparılmasına və maliyyələşdirilməsinə dəstək göstərilməsi və yeni nəsil müvəffəqiyyətli iş adamlarının hazırlaşdırılmasıdır. Bu strategiya Dubayın 50 il ərzində Yer kürəsinin ən yaxşı şəhərinə çevrilməsi planının bir hissəsidir.

Bu planın reallaşması sayəsində tələbələr öz arzu və təşəbbüslərini həyata keçirə biləcək, dünya isə yeni nəsil - uğurlu lider və biznesmenlər qazanacaq.