Səfir: "Ukrayna bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır" FOTO


Siyasət 11 Mar 2019 22:56:00 267 0

Səfir: "Ukrayna bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır"  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Vladislav Kanevskini qəbul edib.

XİN-dən Son.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı. Tərəflər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan etdilər.

Səfir Kanevski ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Vladislav Kanevskiyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Səfir Vladislav Kanevski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.


Xəbərə aid fotolar