Cənubi Koreya KXDRin Soxe poliqonundakı fəaliyyətini diqqətlə izləyir


Dünya 11 Mar 2019 22:44:00 218 0

Cənubi Koreya KXDRin Soxe poliqonundakı fəaliyyətini diqqətlə izləyir

Koreya Respublikasının hərbçiləri KXDR-in nüvə-raket proqramı ilə bağlı fəaliyyətinin monitorinqini gücləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu qərargah rəisləri komitəsinin nümayəndəsi polkovnik Kim Çun Nak deyib.

"Koreya Respublikasının Silahlı Qüvvələri ABŞ-la birgə poliqondakı bütün hərəkətliliyi, eləcə də raket startlarına mümkün hazırlıqla bağlı fəaliyyətləri diqqətlə izləyir", - deyə o bildirib. Bununla yanaşı, polkovnik təfərrüatları açıqlamaqdan imtina edib.