Yaponiya səkkiz il əvvəl baş vermiş təbii fəlakətin nəticələrini necə aradan qaldırır? FOTO


Digərləri 11 Mar 2019 22:25:00 86 0

Yaponiya səkkiz il əvvəl baş vermiş təbii fəlakətin nəticələrini necə aradan qaldırır?  FOTO

2011-ci il martın 11-də baş vermiş təbii fəlakətin və atom qəzasının ildönümü ilə əlaqədar bu gün bütün Yaponiya ərazisində müxtəlif tədbirlər keçirilir. Xatırladaq ki, səkkiz il bundan əvvəl yerli vaxtla saat 14:46 dəqiqədə Miyaqi prefekturasının sahillərində 9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində yaranan təqribən 10 metr hündürlüyündə sunami dalğaları sahil rayonlarını vurub və nəticədə "Fukusima-1" atom elektrik stansiyasında (AES) qorxunc atom qəzası yaşanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari il martın 8-dək olan məlumata görə, faciə nəticəsində 15 min 987 nəfər həlak olub, 2533 nəfər isə itkin düşmüş hesab edilir. Təxliyə ilə əlaqədar səhhətində problemlər yaranan insanlar da nəzərə alınmaqla, təbii fəlakət nəticəsində azı 22 min 131 nəfərin həyatını itirdiyi bildirilir.

Həmçinin sahilboyu ərazilərdən yüz minlərlə insan təxliyə edilib. Faciədən səkkiz il keçməsinə baxmayaraq, hələ də 51 min 778 nəfər müvəqqəti tikililərdə yaşayır. Hökumət bu insanların normal yaşayış yerlərinə köçürülməsini 2022-ci ilədək yekunlaşdırmağı planlaşdırır.

Zəlzələ və sunami Miyaqi, İvate və Fukuşima prefekturalarının bütün sahilboyu zonasını sıradan çıxarıb, şəhərləri və kəndləri demək olar ki, yerlə bir edib. Yapon alimlərin bu ərazilərdə belə güclü zəlzələnin tezliklə təkrar olunmayacağı barədə proqnozlarına baxmayaraq, hökumət və yerli orqanlar sahil ərazilərində torpaqtökmə işlərinə, dalğaların qarşısını kəsə biləcək hasarların və digər infrastrukturların inşasına xüsusi diqqətlə yanaşırlar.

Mərkəzi hökumətin yerli infrastrukturu bərpa etmək, həmin prefekturalarda həyatı əvvəlki normal axarına qaytarmaq cəhdləri hələlik lazımi nəticəni vermir. Həmin yerlərin keçmiş sakinləri doğma evlərinə qayıtmağa tələsmirlər. NHK telekanalının apardığı hesablamalara əsasən, əhalinin ən çox tərk etdiyi yaşayış məntəqələri Miyaqi prefekturasının Onaqava və Minamisanriku şəhərləridir. Burada əhalinin sayı sunamidən əvvəlki dövrlə müqayisədə müvafiq olaraq 40 faiz və 34 faiz azalıb.

Telekanalın apardığı sosial sorğunun nəticələrinə görə, bu ərazilərdə yaşayan insanların 63 faizi bərpa işlərinin tam sürətlə aparılmadığını bildirib. Yerli əhalini ən çox iqtisadiyyatın vəziyyəti, biznesin inkişafı üçün heç bir şəraitin olmaması narahat edir. Məhz bu amillər əhalinin sürətlə azalmasına, gənclərin daha böyük şəhərlərə üz tutmasına səbəb olur.

Fəlakət regionunda aparılan bərpa işlərinin hazırkı vəziyyətinə toxunan Baş nazir Şinzo Abe deyib: "Zərərçəkmiş rayonlar son səkkiz ildə çoxsaylı problemlərlə qarşılaşsa da, bərpa işləri davam etdirilir. Biz yeni avtomobil və dəmir yollarının açılmasını öz gözlərimizlə görə bilərik". Fəlakətin növbəti ildönümü ərəfəsində hökumət İvate prefekturasında Kamaişi şəhəri ilə aeroportun yerləşdiyi Hanamaki yaşayış məntəqəsi arasında 80 kilometrlik yeni sürətli magistralın açılışını nəzərdə tutur.


Xəbərə aid fotolar

Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO) like
  • 11 Mar 22:14  
Digərləri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına y

arrow Ətraflı
Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 98 il ötür like
  • 11 Mar 22:11  
Dünya Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 98 il ötür

Türkiyənin tanınmış şairi Mehmet Akif Ərsoyun yazdığı İstiqlal Marş

arrow Ətraflı
Baldızının 5 yaşlı qızına təcavüz etdi  Kişidən İYRƏNC HƏRƏKƏT like
  • 11 Mar 22:08  
Digərləri Baldızının 5 yaşlı qızına təcavüz etdi Kişidən İYRƏNC HƏRƏKƏT

Türkiyənin İzmir şəhərində dəhşətli hadisə baş verib. Mustafa.D adl

arrow Ətraflı
Yaşamaq üçün bəşəriyyətin həll etməli olduğu beş problem açıqlanıb like
  • 11 Mar 22:05  
Digərləri Yaşamaq üçün bəşəriyyətin həll etməli olduğu beş problem açıqlanıb

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaxın gələcəkdə insanların həyatı

arrow Ətraflı
Macarıstan, Polşa və Çexiyanın NATO üzvlüyünə qəbul edilməsindən 20 il ötür like
  • 11 Mar 21:59  
Dünya Macarıstan, Polşa və Çexiyanın NATO üzvlüyünə qəbul edilməsindən 20 il ötür

Çexiya və Macarıstanın hökumət rəhbərləri - Andrey Babiş və Viktor Or

arrow Ətraflı
Bu qız özünü makiyajla məşhurlara bənzədir like
  • 11 Mar 21:56  
Digərləri Bu qız özünü makiyajla məşhurlara bənzədir

Çində yaşayan He Yuhong adlı 28 yaşlı qadın makiyajla özünü dünya uld

arrow Ətraflı
Zidan yenidən "Real Madrid"in baş məşqçisi təyin edilib like
  • 11 Mar 21:54  
Digərləri Zidan yenidən "Real Madrid"in baş məşqçisi təyin edilib

Fransalı mütəxəssis Zinəddin Zidan İspaniyanın "Real Madrid" klubunun ba

arrow Ətraflı
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb like
  • 11 Mar 21:53  
Digərləri Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvv

arrow Ətraflı
Dünyadakı ən böyük “Mona Liza” like
  • 11 Mar 21:50  
Digərləri Dünyadakı ən böyük “Mona Liza”

Leonardo da Vinçinin ölümsüz əsəri "Mona Liza" 16 metrlik böyü

arrow Ətraflı
Millimizin elit-raund üçün heyəti açıqlandı like
  • 11 Mar 21:50  
İdman Millimizin elit-raund üçün heyəti açıqlandı

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 y

arrow Ətraflı