Yaşamaq üçün bəşəriyyətin həll etməli olduğu beş problem açıqlanıb


Digərləri 11 Mar 2019 22:05:00 237 0

Yaşamaq üçün bəşəriyyətin həll etməli olduğu beş problem açıqlanıb

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaxın gələcəkdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir edəcək iqtisadi və ekoloji tendensiyaları açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sintetik biologiya, ekoloji əlaqələrin bərpası üzrə yeni metodlar, əbədi buzlaqların əriməsi və torf bataqlıqlarının əmələ gəlməsi, azot çirklənməsi, iqlim dəyişməsi bu tendensiyaya daxildirlər.

Sintetik biologiya. Müasir biotexnologiyalar genetik material, orqanizmlər və bütöv bioloji sistemlərin modifikasiya olunmasına imkan verir. Elmin bu sahəsi sürətlə inkişaf edir və alimlər onun köməyi ilə bir sıra xəstəliklərə, məsələn, təbiətə buraxılan ağcaqanadların Zika virusunu (sarı qızdırma) yaymasına qalib gəlməyə və nəsli kəsilən heyvanların qorunmasına nail olmağa ümid edirlər.

Eyni zamanda, sintetik biologiya gözlənilməz və arzuolunmaz nəticələrə səbəb ola bilər. Artıq onun inkişafını dayandırmaq mümkün deyil, lakin UNEP beynəlxalq ictimaiyyəti dəqiq qaydalar hazırlamağa və bununla da genetik modifikasiya olunmuş orqanizmlərin ətraf mühitə nəzarətsiz təsirini azaltmağa çağırır.

Ekoloji əlaqələr. Genişmiqyaslı sənayeləşmə ekoloji sistemlərin parçalanmasına gətirib çıxarıb. Halbuki, onlar əsrlərboyu bir-biri ilə sıx əlaqədə olublar. Meşələrin qırılması və iri çaylarda bəndlərin tikilməsi bu yerlərdə canlıların həyatına mənfi təsir göstərir. Həmin proses heyvanların nəslinin kəsilməsinə və böyük ərazilərin çölə çevrilməsinə gətirib çıxara bilər.

Hazırda alimlər ekoloji əlaqələrin qorunub saxlanılması və ya ekosistemlər arasında körpülərin bərpa olunması üzrə dəniz qoruqlarından tutmuş vəhşi təbiət "dəhlizlərinədək" bioloji müxtəlifliyi qorumağa imkan verən yeni metodlar təklif edilər.

Əbədi buzlaqların əriməsi. Qlobal istiləşmə əbədi buzlaqların əriməsinə səbəb olur. Onlar şimal yarımkürəsinin böyük ərazisini əhatə edir. Ərimə nəticəsində ərazinin sərt səthi mayeyə çevrilir. Bu prosesin yüksək templəri alimləri çox narahat edir. Çünki, sürətli ərimə prosesi istər ətraf mühitə, istərsə də məhv olmaq təhlükəsi ilə üzləşən infrastruktur obyektlərinə ciddi təhlükə törədir.