Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?


Digərləri 11 Mar 2019 21:47:00 247 0

Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?

Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarındakı uşaqların I sinifdə də eyni müəllimə həvalə olunub-olunmamasına aydınlıq gətirib.

Son.az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Nazirlikdən qeyd edilib ki, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək.