DİQQƏT! İnternetə “WiFi”la qoşulursunuzsa məlumatlarınız oğurlanır


Digərləri 11 Mar 2019 21:32:00 284 0

DİQQƏT! İnternetə “WiFi”la qoşulursunuzsa məlumatlarınız oğurlanır

Belçikanın Leven Universitetinin alimlərinin məlumatına görə, "Wi-Fi" şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır. Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan "Wireless Protected Access 2" (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. "WPA-2" texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün "Key Reinstallation Attacks" (KRACK) proqramından istifadə edirlər. "Wi-Fi" vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.