ABŞÇin razılaşması dünya iqtisadiyyatına necə təsir edəcək?


Digərləri 11 Mar 2019 21:04:00 232 0

ABŞÇin razılaşması dünya iqtisadiyyatına necə təsir edəcək?

Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi üzrə danışıqlar yekun mərhələdədir, tərəflər artıq martın sonlarında saziş əldə olunduğunu elan edə bilərlər. Bu barədə danışıqların gedişatı barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" qəzeti yazıb.

Son.az bildirir ki, İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovun Sputnik Azərbaycan-a dediyinə görə, ABŞ və Çin arasında razılıq əldə olunacağı proqnozlaşdırılırdı: "Ölkələr arasındakı ticarət müharibəsi digər ölkələri də buna qoşulmağa vadar edirdi. İki ölkə arasındakı ticari münasibətlər bütün dünya iqtisadiyyatına təsir göstərir. Razılığın əldə olunmasının müsbət məqamları da var. Bu, dünya bazarında qiymət artımına müəyyən mənada əngəl olacaq. Bununla belə, dünyada yüksək texnologiyaların inkişafında müəyyən qədər durğunluq yarana bilər".