Nikahdan əvvəl gənclər nəyə diqqət etməlidirlər?


Digərləri 11 Mar 2019 20:54:00 209 0

Nikahdan əvvəl gənclər nəyə diqqət etməlidirlər?

2015-ci il iyunun 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiqinə başlanılıb. Statistik nəticələr isə qərarın müsbət istiqamətdə dəyişikliklərə səbəb olduğunu göstərir. İndi isə nikahdan öncə gənclərin psixoloji vəziyyətinin uyğunluğunun yoxlanılması təklif edilir.

Cütlüklərin psixoloji vəziyyətlərinin yoxlanılması gələcək üçün nə vəd edir? İki insan bir-birini sevirsə, bu nüansa nə dərəcədə önəm veriləcək? 5-10 il sonra onların bir-birini zərər vurmayacağına hansı meyarlarla zəmanət vermək olar?

Son.az bildirir ki, psixoloq Nuriyyə Quliyeva Oxu.az-a açıqlamasında bildirib ki, əgər cütlüklər özləri maraqlı olsa, nikahdan əvvəl onların psixoloji durumlarının yoxlanılması müsbət addımdır:

"Əslində, mən bu prosesin tətbiqinin lehinəyəm. Psixoloq müayinəsi zamanı testlərin köməyilə cütlüklərin şəxsi xüsusiyyətləri, şüuraltı fikirləri müəyyən edilir. Bu zaman hər iki cütlüyün nə dərəcədə inadkar, hansı səviyyədə aqressiv olması, ciddi problemlə qarşılaşan zaman nə kimi addımlar atmağa meyilli olması yoxlanılır.

Bu üsul cütlüklərin gələcəkdə qarşılıqlı münasibətləri, xarakterlərinin uyğun olub-olmaması haqqında ilkin fikir söyləməyə imkan verir. Təbii ki, cütlüklər bir-birini dərin sevgi ilə sevirlərsə, testin nəticələri zəif olsa da, evlənəcəklər. Amma yenə də nəticə cütlüklərdən asılıdır".

Psixoloq deyir ki, gələcəkdə problem yaşamaq istəməyən cütlüklər psixoloji seansları seçir, digərləri isə yox: