Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI


Digərləri 11 Mar 2019 19:55:54 276 1

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz bahalaşıb.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb. Trend-in məlumatına görə, cari ilin fevralında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb. Ay ərzində düyü, un, manna yarması, makaron məmulatları, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları və pendir, bitki yağları, limon, naringi, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, qarabaşaq yarması, yumurta, kərə yağı, yerkökü və çuğundurun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.