Rusiya həbsxanalarından işgəncə görüntüləri yayıldı


Dünya 11 Mar 2019 19:49:00 253 0

Rusiya həbsxanalarından işgəncə görüntüləri yayıldı

Sosial şəbəkələrin Rusiya seqmentində Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslar üzərində işgəncələri əks etdirən iki videogörüntü yayılıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, videogörüntüləri "Novaya Qazeta" nəşrinə "İctimai hökm" (Общественный вердикт) hüquq müdafiə fondu təqdim edib.

Hər iki görüntü Yaroslavl həbsxana əməkdaşlarının üzərlərindəki müşahidə kamerasına (videoqeydiyyatçı) düşüb.

Birinci videoda həbsxana əməkdaşı məhbusa yaxınlaşaraq siqaret çəkdiyinə görə ona acıqlanır. Daha sonra onu rəisin yanına aparacağını bildirir. Ancaq məhbusun gödəkçəsini çıxarmaması bəhanəsi ilə onu vəhşicəsinə təpikləməyə başlayır.