Rusiyanın energetika naziri Bakıya gələcək


Digərləri 11 Mar 2019 19:21:00 197 0

Rusiyanın energetika naziri Bakıya gələcək

Rusiyanın energetika naziri Aleksandr Novak martın 17-18-də Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Qeyd olunur ki, A.Novak martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və təşkilata daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Hazırda səfərin proqramı dəqiqləşdirilir.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

Son.az