Sumqayıtda qadınlardan pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb


Digərləri 11 Mar 2019 19:24:00 208 0

Sumqayıtda qadınlardan pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Sumqayıtda qadından qızıl əşyaları oğurlayan şəxs saxlanılıb.

Bakı. Sumqayıtda qadından qızıl əşyaları oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.