Aysun: "Qadın uşağı böyüdür, amma kişi onu bacarmır"


Şou-biznes 11 Mar 2019 18:59:00 213 0

Aysun: "Qadın uşağı böyüdür, amma kişi onu bacarmır"

Son.az müğənni Aysun İsmayılovanın axşam.az-a müsahibəsini təqdim edir:

- Son günlər mediada ən çox müzakirə edilən müğənnilərdən birisiniz. Sizcə, bu, gənc həmkarlarınızı qıcıqlandırmır?

- Yox, düşünmürəm, nə də hiss etmirəm. Çünki heç biri ilə nə problemim, nə küsülülüyüm, nə də düşmənçiliyim var. Hamısını çox sevirəm, həmçinin də onlar məni.

- Şou-biznesdəki problemləri uşaq vaxtınızdan görmüsünüz. Buraya müğənni kimi daxil olmaq sizi qorxutmur ki?

- Tək şou-biznesdə yox, həyatda heç kimdən qorxum yoxdur. İlk növbədə, allahım, daha sonra atamla anam var. Atdığım hər addımı gözəl bilirəm, heç kimin yanında başıaşağı işim yoxdur ki, kimdənsə qorxum.

- Aysunu həyatdan və işindən nə soyuda bilər?

- Vallah, elə bir şey yoxdur (gülür).

- Bəs, sizi nə xoşbəxt edir?

- Alış-veriş etməyi çox sevirəm. Bu, məni xoşbəxt edir.

- Yadımdadır, aylıq 60 minlik alış-veriş edirdiniz...

- Yox, o qədər etmirəm (gülür). Gül və çiçəklər hədiyyə almağı, parfümü və maşını sevirəm. Amma hazırda kiçik bacımı görürəmsə, ürəyim gedir. Onda balaca Aysun oluram və bu məni xoşbəxt edir. Karaokeyə gedib, qəmli mahnılar oxuyanda da xoşbəxt oluram (gülür).

- Qəmli mahnılar oxuyub, xoşbəxt olan adam birinci dəfədir ki, görürəm... Əksinə, insan depressiv ola bilər axı.

- Məndə elə deyil. Mən gedirəm, çoxlu mahnılar oxuyuram, bütün qəmi-dərdi atıram. Məkandan çıxıb, avtomobilə oturanda artıq "çıkıdı-çıkıdı" mahnılara qulaq asıram. Səidə Sultan demiş, hind mahnılarına (gülür).

- Heç kimi sevməməklə, ən qorxulu ağrıdan azad olmaq olar?

- Sevginin acısının da öz dadı-duzu var. Sevəndə yaxşıdır, acısını çəkəndə pis?