Nazir qəzaya uğramış təyyarəyə gecikib


Digərləri 11 Mar 2019 18:11:00 226 0

Nazir qəzaya uğramış təyyarəyə gecikib

Yəmənin su resursları və ətraf mühit naziri Nabil Abdullah "Ethiopian Airlines" aviakompaniyasının Efiopiyada qəzaya uğramış təyyarəsinə gecikdiyi üçün sağ qalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu nazir müavini Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, nazir reysə bir neçə dəqiqə gecikib. Nabil Abdullah aeroporta gələrkən artıq təyyarəyə minik qapısı bağlanmışdı.

Xatırladaq ki, "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-8" təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.