Hədəqorxu yolu ilə qadının pulunu alan şəxslər hakim qarşısında


Digərləri 11 Mar 2019 18:09:00 210 0

Hədəqorxu yolu ilə qadının pulunu alan şəxslər hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən yalnız N.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib, digər ikisi isə hazırda ev dustaqlığındadır.