Bakıda yanğın nəticəsində evsiz qalan 34 məcburi köçkünə kirayə pulu verilib
Digərləri 11 Mar 2019 17:54:00 269 0
Martın 6-da Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən məcburi köçkün ailələri kirayə evlərlə təmin olunub.
Son.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yanğın baş verən binada müvəqqəti olaraq məskunlaşan 34 məcburi köçkün ailəsi ilə qarşılıqlı razılaşma olub. Razılaşmaya əsasən həmin ailələrə 300 manatdan məbləğində bir aylıq kirayə haqqı verilib.
"Əgər, ehtiyac yaranarsa, onların kirayədə qalmasının müddətini uzanarsa, növbəti ayların kirayə haqları da ödəniləcək", - deyə, Dövlət Komitənin cavabında bildirilib.
Mənbə: milli.az