Serxio Ramos səhvini etiraf etdi - filmdə çəkilmək üçün sarı kart?


İdman 11 Mar 2019 17:52:00 269 0

Serxio Ramos səhvini etiraf etdi - filmdə çəkilmək üçün sarı kart?

Real-ın kapitanı Serxio Ramos klubun bu mövsüm uğursuz çıxışına münasibət bildirib.

Goal.az xəbər verir ki, müdafiəçi bütün komandanın məsuliyyət daşıdığını deyib.

“Son vaxtlar baş verənlər fəlakətdir. Bunu heç kim inkar etmir. Mövsüm bizim üçün ağır oldu. Buna görə bütün komanda məsuliyyət daşıyır. Kapitan kimi mənim məsuliyyətim daha böyükdür. Real-ın ətrafında baş verənlərə səmimi cavab verməyə hazıram. Amsterdamda qəsdən sarı kart aldım. Bu, mənim səhvim idi. Ajax-la matç zamanı sənədli film çəkilişində iştirakım üzərimə götürdüyüm öhdəlik idi. Bu filmə görə birinci oyunda sarı kart aldığımı düşünənlər səhv edir. Oyunun bu cür bitəcəyini ağlıma gətirməzdim. Klubun prezidenti ilə konfiliktim olub. Lakin bu məsələ soyunub-geyinmə otağında həll edilib. İndi heç bir problem yoxdur. Mənim üçün vacib olan Real-dır”,- Ramos deyib.