İranlı nazir Bakıya gəlir


Digərləri 11 Mar 2019 17:46:00 225 0

İranlı nazir Bakıya gəlir

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana səfər edəcək.

Bakı. Elnur Bağışov - İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib. Məlumata əsasən, nazir martın 14-də Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasında iştirak edəcək. Komissiyanın iclası martın 13-də işə başlayacaq və Azərbaycan-İran işçi qrupları iclasının gündəmini müzakirə edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin