"Teatr elə bir məbədgahdır ki..."


Kriminal 11 Mar 2019 17:34:00 247 0

"Teatr elə bir məbədgahdır ki..."

Teatr insanı sağaldır.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu tanınmış aktyor, xalq artisti Hacı İsmayılov deyib.

O qeyd edib ki, teatr səhnəsi insana hər şeyi unutdurur:

"Teatr elədir ki, hər gün işə, çəkilişə gəlməlisən.

Bəzən hər bir insan kimi sənin də səhhətində nasazlıq, digər şəxsi problemlərin, qayğıların olur. Amma səhnəyə çıxandan, tamaşa başa çatandan sonra hər şeyi unudursan.

Sanki o problemlərlə gələn sən deyildin. Teatr, səhnə bütün ağrıları, problemləri sənə unutdurur. Teatr elə bir məbədgahdır ki, insanı sağaldır".

Xalq artisti, eyni zamanda, aktyorların müəyyən qədər çərçivədə olmasını məqsədəuyğun saydığını bildirib.