Aeroportlarda sərnişinləri daha çox qıcıqlandıran məqamlar


Digərləri 11 Mar 2019 17:39:00 179 0

Aeroportlarda sərnişinləri daha çox qıcıqlandıran məqamlar

Ekspert Co Brayant 2 min britaniyalı arasında sorğu keçirərək hava limanlarında sərnişinləri qıcıqlandıran əsas məqamların siyahısını hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sorğunun nəticəsinə əsasən, turistlərin daha çox narazılığına səbəb olan məqam bəzi sərnişinlərin növbə gözləmədən qabağa keçməyə cəhd etməsidir. Bu varianta respondentlərin 57 faizi səs verib.

İkinci yerdə bir sıra səyahətçilərin gözləmə zalında öz çantalarını boş oturacağa qoymasıdır (41 faiz). Növbəti isə insanların pasportlarını əlində hazır saxlamamasına görə yoxlanış məntəqəsində növbənin uzanmasıdır - 38 faiz.