Bayramadək 1928 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək


Digərləri 11 Mar 2019 17:00:00 212 0

Bayramadək 1928 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Birdəfəlik ödəmənin verilməsində mühüm addım: Bayramadək 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Bakı. Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.