Bəbir qəfəsə dırmaşıb selfi çəkmək istəyən qadını dişlədi


Dünya 11 Mar 2019 16:39:00 340 0

Bəbir qəfəsə dırmaşıb selfi çəkmək istəyən qadını dişlədi

Bəbir heyvanxanada selfi çəkmək istəyən qadına hücum edib.

Son.az Metro-ya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Arizona ştatındakı "Litchfield Park"da baş verib.

Qəfəsə dırmaşıb bəbirlə selfi çəkmək istəyən qadın yırtıcının hücumuna məruz qalıb.

Qadın hadisə şahidlərinin köməkliyi ilə heyvanın pəncəsindən xilas edilib. Ona ilk yardım göstərildikdən sonra qadın xəstəxanaya çatdırılıb.


Xəbərə aid fotolar