Teleməkanda tarixin ən biabırçı verilişi


Dünya 11 Mar 2019 16:29:00 293 0

Teleməkanda tarixin ən biabırçı verilişi

Britaniyanın teleməkanına tarixin ən biabırçı veriliş daxil olur.

Son.az The Sun-a istinadla xəbər verir ki, İngiltərədə yayımlanan "Channel 4" kanalında əxlaqsızlığı təbliğ edən veriliş çəkilir.

"Mums Make Porn" (Analar porno çəkir) adlanan verilişin müzakirə mövzusu adından da göründüyü kimi əxlaqsız görüntülər olacaq.

Belə ki, verilişə qatılan 5 ana övladlarını "xoşbəxt etmək" üçün porno film çəkəcəklər.

Verilişə qatılan qadınlar fikirlərini pornosaytlardakı videoların reallıqdan uzaq olması ilə əlaqələndiriblər. Onlar bildirib ki, özlərinin iştirakı ilə reallığa uyğun porno çəkəcəklər. Bu da yeniyetmələrin psixologiyasına mənfi təsir göstərməyəcək.