"Real, xahiş edirəm, qol vur” - ispan model azarkeşləri təhqir etdi


İdman 11 Mar 2019 15:52:00 378 0

"Real, xahiş edirəm, qol vur” - ispan model azarkeşləri təhqir etdi

32 yaşlı ispaniyalı model Alba Karilo Real fanatlarının sosial şəbəkədə ona ünvanladığı tənqidə münasibət bildirib.

Goal.az xəbər verir ki, fanatlar klubun qolkiperi Tibo Kurtuanın son oyunlarda zəif çıxışına görə modeli günahlandlırıb. Karilo Kurtua ilə görüşmədiyini, cəmi bir dəfə birlikdə nahar etdiyini deyib.

“Mənim zəhləmi tökməyin. Futbol fanatları axmaq insanlardır. Bunlar cəmiyyətin tullantılarıdır. Mətbuat da həddini aşıb. Adamı incitməkdən zövq alır. Ümid edirəm ki, Kurtua mənə nifrət aşılayan bu xəbərlərə münasibət bildirəcək. Real-dan xahiş edirəm, qol vurun ki, pis oyuna görə qadınlar günahlandırılmasın”, - model bildirib.

Image result for Alba Carrillo courtoisImage result for Alba CarrilloImage result for Alba Carrillo