Görkəmli dilçi alim, türkoloq Afad Qurbanova həsr olunmuş ktab təqdim olunub (FOTO)


Digərləri 11 Mar 2019 15:56:00 239 0

Görkəmli dilçi alim, türkoloq Afad Qurbanova həsr olunmuş ktab təqdim olunub (FOTO)

Görkəmli dilçi alim, türkoloq və ictimai xadim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bakı. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, 80-cı illərdə həmin universitetinin rektoru və Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilib. Trend-in məlumatına görə, tədbir zamanı Azərbaycanın tanınmış dilçi alimi, ADPU-nun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının sabiq müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin öz müəlliminə həsr etdiyi və nəfis şəkildə nəşr etdirdiyi “Türkologiyamızın Afad Qurbanovu” monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak ediblər. Təqdimatı ADPU-nun prorektoru professor Asəf Zamanov açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr etmiş, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr vermiş, fundamental əsərlər hazırlamış, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən olmuşdur.