Real-ın idman direktoru müəmmalı danışdı


İdman 11 Mar 2019 13:31:00 303 0

Real-ın idman direktoru müəmmalı danışdı

Madrid Real-ının idman direktoru Emilio Butraqenyo Valladolid üzərində qələbəni (4:1) şərh edərkən baş məşqçi Santyaqo Solari ilə bağlı sualdan yayınıb.

Goal.az xəbər verir ki, Butraqenyo bu məsələyə münasibət bildirməyib: “Solarinin klubda işini davam etdirəcəyini nə təsdiq, nə də inkar edə bilmərəm. Peşəkar məşqçidir”.

Bir müddət əvvəl Madrid klubunun Solari ilə yollarını ayırmağa hazırlaşdığı deyilirdi. Real İspaniya çempionatında 51 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.