Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olunub FOTO


Kriminal 11 Mar 2019 15:18:00 276 0

Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olunub  FOTO

Sumqayıt Dövlət Dram Teatrında Milli Teatr Günü qeyd olunub

.

10 Mart  1973-cü il Azərbaycan Milli  Teatrının  təvəllüd  günüdür. Sumqayıt Dövlət Dram Teatrı 1969- cü il, martın 14- də o vaxtkı adı ilə Gənclər Teatrı kollektivi olaraq ilk dəfə öz pərdələrini tamaşaçıların üzünə açıb. Bu əlamətdar tarixlər məhz bugün Sumqayıt Dövlət Dram Teatrında qeyd olunub. Məhz 1969- cu ildə hazırlanmış ilk tamaşa M.F. Axundovun  "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası yeni quruluşda Sumqayıt tamaşaçılarına və qonaqlara təqdim edilib.

Məlumat üçün bildirək ki, teatrın ilk tamaşasına Cənnət Səlimova, müasir versiyasına isə Firudin Məhərrəmov quruluş verib. Tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək bayram münasibətilə hər kəsi təbrik edib.