Van Qal məşqçilik karyerasını bitirdi


İdman 11 Mar 2019 14:50:00 259 0

Van Qal məşqçilik karyerasını bitirdi

Futbol üzrə Hollandiya milli komandasının sabiq baş məşqçisi Lui van Qal karyerasını başa vurduğunu açıqlayıb.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis bu addımı həyat yoldaşına görə atdığını bildirib. 

Onun sözlərinə görə, həyat yoldaşı 22 il öncə onunla birlikdə olmaq üçün işindən ayrılıb: "Həmin vaxt xanımıma 55 yaşımda təqaüdə çıxacağımı demişdim. İndi isə yaşım 65-dən çoxdur, davam edə bilmirəm. Oyunçular kimi həyat yoldaşımın da Lui van Qalla yaşamaq haqqı var. Onun çox xoşbəxt olduğunu deyə bilərəm".

Qeyd edək ki, Lui van Qal karyerası ərzində İngiltərənin Manchester United, İspaniyanın Barcelona, Hollandiyanın Ajax və AZ komandalarına da rəhbərlik edib. O baş məşqçi kimi AZ ilə bir, Ajax-la üç dəfə Hollandiya çempionu olub. Hollandiyalı mütəxəssis İspaniya Barcelona-sı ilə iki, Almaniya Bayern Munich-i ilə isə bir dəfə eyni sevinci yaşayıb. Van Qal Ajax-da baş məşqçi olduğu vaxt - 1994-1995 mövsümündə Çempion Liqasını qazanıb.